Bakıda qadın kişini bıçaqladı

Bakıda qadın kişini bıçaqladı

Bakıda qadın kişini bıçaqlayıb.

AzerTimes xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Gülnarə Allahverdiyeva ilə 1988-ci il təvəllüdlü Amil Əşrəfov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman G.Allahverdiyeva bıçaqla A.Əşrəfovun bədəninə xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Teqlər: