Bakıda qadın bıçaqlandı, əri saxlanıldı

Bakıda qadın bıçaqlandı, əri saxlanıldı

Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonunun Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, 1977-ci il təvəllüdlü qadına bıçaqla ağır bədən xəsarəti yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Ona bıçaq xəsarəti yetirməkdə həyat yoldaşı, 1973-cü il təvəllüdlü Aqil Məmmədov şübhəli bilinir. Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: