Bakıda “Priora” qaçıran şəxs saxlanıldı

Bakıda “Priora” qaçıran şəxs saxlanıldı

İyulun 27-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Priora” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini olan yeniyetmə Səbail rayonu ərazisində avtomobillə saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: