Bakıda polis yanğında tüstüdən zəhərlənən vətəndaşı xilas edib

Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş
verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə
huşsuz halda qalıb.

AzerTimes xəbər verir ki,
köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin
əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına
ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil
olub.

Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas
edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının
həkimlərinə təhvil verilib.

Teqlər: