Bakıda polis bölməsində intihara cəhd edən narkotik alverçisinin xəsarətləri məlum oldu

Bakıda polis bölməsində özünü pilləkəndən ataraq intihara cəhd
edən şəxsin xəsarətləri məlum olub.

AzerTimes-ın məlumatına görə, dünən axşam saatlarında 3 saylı Şəhər
Klinik Xəstəxanasına gətirilən Təbriz Abbasovda çoxsaylı sınıqlar
müşahidə edilib.

Hadisə nəticəsində T. Abbasov sol dirsək sümüyünün proksimal
oynaqdaxili qəlpəli sınığı, sol baldır sümüyünün qapalı sınığı və
boyun əzilməsi xəsarətləri alıb. Yaralı xəstəxananın reanimasiya
şöbəsinə yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, hadisə dünən Sabunçu Rayon Polis İdarəsinin 15-ci
Polis Bölməsində qeydə alınıb.

Sabunçu rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq
polis bölməsinə gətirilən narkotik aludəçisi və narkotik
vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən,1994-cü il
təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu özünü bölmənin ikinci
mərtəbəsindən yerə atıb. T.Abbasov ağır bədən xəsarətləri ilə 3
saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Teqlər: