Bakıda poliklinikanın tavanı uçdu – Foto

Bakıda poliklinikanın tavanı uçdu – Foto

Paytaxtda fəaliyyət göstərən poliklinikalardan birinin vəziyyəti ürəkaçan deyil.

AzerTimes xəbər verir ki, bu barədə Oxu.az-a vətəndaş şikayəti daxil olub.

Vətəndaş iddia edir ki, görüntülər Bakı şəhəri 3 saylı şəhər poliklinikasında lentə alınıb:

“Poliklinikaya arayış almaq üçün müraciət etmişdim. Lakin gördüyüm mənzərə məni dəhşətə gətirdi. Çardaq keyfiyyətsiz inşa edildiyi üçün yağan yağış içəriyə dolur. Su alçıpan tavanı sıradan çıxarır. Nəticədə isə ortaya gördüyünüz mənzərə çıxır”.

Teqlər: