Bakıda ötən il Formula yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Pandemiya səbəbindən keçirilməyən 2020-ci il Formula 1 Azərbaycan Qran Prisinə satılan biletlərlə bağlı məsələyə aydınlıq gətirilib.

Bakı Şəhər Halqasından AzerTimes-a verilən məlumata görə, 2020-ci il Qran Prisi üçün satılan biletlər tam olaraq qaytarılıb:

“Əvvəl azarkeşlərin ixtiyarına buraxılmışdı ki, ya biletlər dərhal qaytarılsın, ya da 2021-ci ildə yarış baş tutarsa, bu ilə keçirilsin. Lakin məlum olandan sonra ki, yarış tamaşaçısız keçiriləcək, biletlər kütləvi şəkildə qaytarıldı və hazırda geri qaytarılacaq heç bir bilet qalmayıb”.

Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.

Twitter: @ElchinMehdiyev

Teqlər: