Bakıda otellər doldu, qiymətlər kəskin bahalaşdı

Bakıda otellər doldu, qiymətlər kəskin bahalaşdı

Son günlər Bakıda Formula-1 yarışları ilə əlaqədar otellərdə qiymət artımı müşahidə olunur. İlin digər vaxtları ilə müqayisədə hazırda otellərdə qiymətlər daha yüksəkdir: iki nəfər üçün 6 gecə 7 gün istirahət, otelin şəraitindən asılı olaraq, 1400-2300 manat arasında dəyişir.

AzerTimes xəbər verir ki, məsələ ilə əlaqədar Publika.az-a açıqlamasında Azərbaycan Otel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam hazırda pandemiyadan sonra Bakının ilk dəfə qonaq tamaşaçılar qəbul edəcəyini bildirib:

“Qonaqların sayı çox olduğuna görə qiymətlər də yüksəkdir”.

Günel Sağlam onu da vurğulayıb ki, əcnəbi qonaqlar ən azı 1 həftə istirahət üçün burada qalırlar:

“İnternetdə də axtarış versəniz görəcəksiniz ki, məlum tarixlərdə otel biletləri bron edilib”.

Teqlər: