Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam
örtüyündə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən AzerTimes-a
bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə
Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb
olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və
təxirəsalınmaz tədbirlər həyata keçirilir.