Bakıda onlayn yolla narkotik maddələr satan şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə
məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Nizami
Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı
ilə məşğul olan əvvəllər məhkum olunmuş Tural Kərimov tutulub.

Bu şəxsdən 500 qrama yaxın narkotik vasitə heroin, psixotrop
maddə metamfetamin və elektron tərəzi aşkar olunub.

Tural Kərimov ifadəsində narkotikləri əsasən onlayn yolla
satdığını bildirib.

Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan
materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.Məhkəmənin
qərarı ilə Tural Kərimov barəsində həbs qətimkan tədbiri seçilib,
istintaq tədbirləri davam edirilir.

Teqlər: