Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış
zamanı xəsarət alanlarla bağlı yeni məlumat yayılıb.
TƏBİB-dən AzerTimes-a verilən
məlumata görə, Səbail rayonu ərazisində yerləşən obyektdə baş
vermiş partlayış zamanı xəsarət alanlardan hazırda tibb
müəssisələrində ümumilikdə, 15 nəfər müalicə alır. Onlardan 12-si
TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.
Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün
vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti
stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Son məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində
stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə
üçün evə buraxılıb.
Ümumilikdə, bu gün ambulator müalicə üçün 3 nəfər evə
göndərilib.