Bakıda narkotik alverçiləri adam oğurlayıblar

Bakıda narkotik alverçiləri keçmiş məhkumu oğurlayıblar.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər
sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə aprelin 4-də bir nəfərin
onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq 2 gün orada
saxlayıb narkotik vasitələr satmasını təklif etdiyini, razı
olmadıqda isə mobil telefonunu alıb digər şəxslə birlikdə döyüb
videoçəkiliş aparmalarını və buraxılması müqabilində 2000 manat pul
tələb etmələrini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum
olunmuşlar Etibar Rzayev və Valeriy Şuşkov müəyyən edilərək
saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: