Bakıda minik, Cəlilabadda yük avtomobili yanıb

Bakı şəhərinin Yasamal rayonunda “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi, Cəlilabad rayonunda “Qazel” markalı yük avtomobilinin mühərrik hissəsi və kabinası yanıb.

AzerTimes-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, avtomobillərin qalan hissələri və ətrafda dayanan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: