Bakıda minik avtomobili dəmir yolu xəttinin üzərinə aşdı

Bakıda minik avtomobili dəmir yolu xəttinin üzərinə aşdı

Bu gün səhər radələrində Bakının Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb.

AzerTimes bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halı baş verməyib.

Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır.

Teqlər: