Xəbər - Fərid Zöhrabov -Trend:
Bakıda məşhur restoranda yanğın olub.
Trend-in məlumatına görə, yanğın Binəqədi rayonu ərazisində yerləşən “Qoç ət” restoranında baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.