Bakıda Mərakeşin milli günü qeyd olundu

Bakıda Mərakeşin milli günü qeyd olundu

İyulun 31-də Mərakeşin dövlət bayramı – Kral VI Məhəmmədin taxta çıxmasının 24-cü ildönümü münasibətilə Bakıda tədbir keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş və Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, İsrailin ölkəmizdəki səfiri Corc Dik və digər rəsmi şəxslər iştirak edib.

A.Embarş və Mahmud Məmmədquliyev mərasimdə çıxış edərək iki ölkə arasında möhkəm qardaşlıq əlaqələrindən danışıblar.

2022-ci ilin avqustunda iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan A.Embarş bildirib ki, son 30 ildə Mərakeş və Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi, eləcə də əməkdaşlığın inkişaf etdirilməsi üçün səy göstərirlər.

Nazir müavini isə indiyədək Azərbaycan və Mərakeş arasında müxtəlif sahələri əhatə edən 20-dən çox sənəd imzalandığını bildirib.

Onun sözlərinə görə, bu il Mərakeşdə keçiriləcək Birgə Komissiyanın növbəti mərhələsi üçün bütün məsələlər yekunlaşdırılıb.

Teqlər: