Bakıda mənzildə partlayış baş verdi – Video

Bakıda mənzildə partlayış baş verdi – Video

Bakının Nəsimi rayonunda mənzildə qaz sızmasından partlayış zamanı ev sakini ağır xəsarət alıb.

AzerTimes Unikal.org-a istinadən xəbər verir ki, hadisə Hüseyn Seyidzadə 26 ünvanında qeydə alınıb.

Aynurə Qaralova elektrik lampasını yandıran zaman evdə partlayış baş verib. Əraziyə FHN-nin əməkdaşları və 2 təcili yardım briqadası cəlb olunub. Həkimlər bildiriblər ki, A.Qaralovanın vəziyyəti ağırdır.

Ərazidə ekspertiza işləri aparılır.

Teqlər: