Bakıda məktəbdə işıqlar sönüb

Xəbər - Çingiz Səfərli – Trend:

Bakı şəhərində yerləşən 167 nömrəli məktəbdə elektrik təchizatı ilə bağlı problem yaranıb.

Məktəbdən AzerTimes-a bildirilib ki, yaxınlığındakı küçədə elektrik xətlərində qəza baş verib.

“”Azərişıq” ASC-dən bu gün problemi həll etməyə çalışdıqlarını bildiriblər. Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur”, – məktəbdən qeyd edilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də məsələyə aydınlıq gətirilib.

“167 nömrəli tam orta məktəbin elektrik enerjisi ilə təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub. Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir” – deyə açıqlamada qeyd olunub.

Teqlər: