Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilir

Xəbər - Humay Ağacanova – Trend:

Bu gün ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirilir.

AzerTimes-ın məlumatına görə, tədbirdə bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış qlobal institutların, yerli dövlət qurumları və diplomatik korpusun rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı nəzərdə tutulub.


Forum çərçivəsində üç mövzu üzrə panel sessiyalar keçiriləcək: “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək”; “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?”; “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması”.

Teqlər: