Bakıda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb (FOTO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində
yerləşən mebel sexində yanğın baş verməsi barədə daxil olan məlumat
əsasında Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb
olunub.

FHN-dən AzerTimes-a
verilən məlumata görə, görülən operativ və təxirəsalınmaz tədbirlər
sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə
Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri
cəlb olunub.

Əlavə məlumat veriləcək.

Teqlər: