Bakıda maşın aşdı, yol pomidorla doldu – Video

Bakıda maşın aşdı, yol pomidorla doldu – Video

Bakıda pomidor yüklü avtomobil aşıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bəşir Bünyadov küçəsində, “Koroğlu” metro stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolda baş verib.

“Ford” markalı yük avtomobili iderəetməni itirərək aşıb.

Tərəvəz yüklü avtomobilin qəza zamanı digər nəqliyyat vasitələri ilə toqquşmadığı bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib, hazırda qəzanın nəticələri aradan qaldırılır.

Qəzadan sonrakı görüntüləri təqdim edirik:

Teqlər: