Bakıda maşın 2 qadını vurdu, biri öldü

Bakıda maşın 2 qadını vurdu, biri öldü

Bakıda avtomobil iki qadını vurub, onlardan biri ölüb.

AzerTimes xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Nəsimi rayonu, S.Vurğun küçəsi, “Zabitlər Parkı”nın qarşısında qeydə alınıb.

Məmmədzadə Səmədulla Yədulla oğlu idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yolu keçmək istəyən piyadalar 1975-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Süleymanlı və 1966-cı il təvəllüdlü Mehriban Yaşar qızı Tağıyevanı vurub.

Nəticədə M.Tağıyeva hadisə yerində ölüb, A.Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Teqlər: