Bakıda külək ağacı aşırdı, dəmir yolu bağlandı

Xəbər - Çingiz Səfərli -Trend:

Güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb.

Bu barədə AzerTimes-a “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmisi Fərqanə Səfər məlumat verib.

Onun sözlərinə görə, hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.


Teqlər: