Bakıda küçəyə Səbuhi Əhmədovun adı verildi

Bakıda küçəyə Səbuhi Əhmədovun adı verildi

Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.

AzerTimes xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyəti (RİH) məlumat yayıb.

Məlumata görə, “Abidə” küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Xətai rayonu ərazisində 3 küçəyə Vətən müharibəsi şəhidləri Rəcəb Məmmədov, Kəmalləddin Məmmədzadə və Səbuhi Əhmədovun adı verilib.

Ümumilikdə rayon ərazisində 17 küçənin adı dəyişdirilib.

Teqlər: