Bakıda küçədən dəniz artilleriya mərmisi aşkarlanıb (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakıda küçədən artilleriya mərmisi aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, “112” qaynar telefon
xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində hərbi sursatın aşkar
edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu
cəlb edilib.

Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə
ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin
edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti
məhdudlaşdırılıb.

Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatın bir ədəd 305 mm-lik dəniz artilleriya
mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Teqlər: