Bakıda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb, uşaq körpələr evinə verilib

Nəsimi rayonunda himayəsində olan 2021-ci il təvəllüdlü körpə
qızı ilə dilənçilik edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, körpəsi
ilə birlikdə dilənçilik edən Yevlax rayon sakini N.Abdullayeva
Nəsimi Rayon Polis İdarəsinə dəvət edilib.

Araşdırma zamanı körpənin faktiki olaraq həyat və sağlamlığı
üçün ciddi təhlükə yarandığı, eləcə də baxımsız vəziyyətdə olduğu
müəyyən edilib.

Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə
yerləşdirilib. Araşdırma zamanı bundan əvvəl də N.Abdullayevanın
himayəsində olan daha 2 azyaşlı uşağını baxımsız vəziyyətdə
qoyduğu, onların həyat və sağlamlıqlarını təhlükə altına atdığı,
həmçinin dilənçiliyə sövq etdiyi üçün həmin uşaqların da ondan
alınaraq dövlət himayəsinə verildiyi müəyyən edilib. N.Abdullayeva
barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Teqlər: