Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi
ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19)
infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım
göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilmə
müddəti uzadılıb.
AzerTimes-ın məlumatına görə, bu
barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində
yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ
koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə
ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına
müddətli əlavənin verilmə müddəti mayın 1-dək uzadılıb.