Bakıda keçmiş məhkum şirkəti qarət etdi

Bakıda heroin alverçisi şirkəti qarət edib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Xətai
RPİ-nin 36-cı Polis Bölməsinə M.Hadi küçəsində yerləşən ofislərin
birində dolabdan içərisində 3.000 manat, 850 ABŞ dolları, şəxsiyyət
vəsiqəsi və bank kartları olan pulqabının oğurlanması barədə
müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini,
əvvəllər məhkum olunmuş Mikayıl Səlimov müəyyən edilərək
saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək
götürülüb.

Araşdırma aparılır.

Teqlər: