Bakıda keçmiş məhkum qadını qarət etdi

Xəbər - Samir Əli – Trend:

Bakıda küçədə qadını qarət edən keçmiş məhkum yaxalanıb.

AzerTimes-ın məlumatına görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə iyulun 2-də Bakı şəhər sakini S.Yolçuyevanın içərisində 340 manat, 10 avro, 100 ABŞ dolları, sənəd və təqaüd kartı olan pulqabısının soyğunçuluq yolu talanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılıb.

Teqlər: