Bakıda keçmiş məhkum eyni əməlinə görə yenidən həbs edildi (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, əməliyyat
zamanı əvvəllər də narkotik vasitə və psixotrop maddələrin qanunsuz
dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Reza Dolatabadi
tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı külli
miqdarda – 13 qram narkotik vasitə tiryək və 10 qram psixotrop
maddə metamfetamin aşkar edilib. Həmçinin saxlanılan şəxsin
mənzilindən metamfetamin qəbul etrmək üçün nəzərdə tutulan kustar
üsulla hazırlanan avadanlıqlar da aşkar olunub. Araşdırma
nəticəsində müəyyən edilib ki, Reza Dolatabadi narkotik vasitələrin
paytaxt ərazisində satışı ilə məşğul olub.

Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar
Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Reza
Dolatabadinin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin
saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Teqlər: