Bakıda keçirilən sammiti pozmaq cəhdləri…

Bakıda keçirilən sammiti pozmaq cəhdləri…

COP29 qlobal miqyaslı hadisədir və Azərbaycan üçün bir növ çağırışdır, çünki belə böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək tələbləri son dərəcə yüksəkdir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

“Görürük ki, Fransa və Avropa Parlamenti bu sammiti necə pozmağa, beynəlxalq ictimaiyyəti buna qarşı çıxmağa inandırmağa çalışır. Ancaq gördüyümüz kimi, cəhdlər uğursuzluğa düçar olur. Çünki bütün dünya Azərbaycanın bu konfransın keçirilməsində hüquq və məsuliyyətini, imkanlarının səviyyəsini tanıdı. Bu, yüksək beynəlxalq tanınma və etimaddır. Bəzi Qərb qüvvələrinin sammiti pozmaq cəhdləri yeni fakt deyil və təəccüblü də deyil, kifayət qədər adi haldır. Bir an belə şübhə etmirəm ki, Bakıda COP29-u boykot etmək baxımından nə Fransa nəyəsə nail ola biləcək, nə də başqası”, – o bildirib.

Teqlər: