Bakıda keçirilən dünya çempionatında qarışıq cütlüklər, qadın və kişi qrupları arasında qaliblərin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babaeva – Trend:

Martın 12-də Bakıda Milli Gimnastika Arenasında keçirilən
akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı çərçivəsində
Tarazlıq hərəkətləri proqramında qadın və kişi qrupları arasında,
eləcə də templi hərəkətlər proqramında qarışıq cütlüklər arasında
qalib və mükafatçılarının mükafatlandırılması mərasimi
keçirilib.

Trend xəbər verir ki, qadın qrupları arasında balans hərəkətləri
proqramında fəxri kürsünün birinci pilləsini ABŞ təmsilçiləri,
ikinci yeri Belçikadan olan qadınlar, üçüncü yeri Avstriyanı təmsil
edən qrup tutublar.

Templi hərəkətlər proqramında qarışıq cütlüklər arasında qızıl
medalı Belçikadan olan Bram Roettger və Helena Heyens dueti, “gümüşü” – Azərbaycan təmsilçiləri Ağasif Rəhimov və Raziyə
Seyidli, bürünc medalları isə Böyük Britaniyanı təmsil edən Nataşa
Hatçinson və Dilan Hauells qazanıblar.

Tarazlıq hərəkətləri proqramında kişi qrupları arasında birinci
yeri Belçikanı təmsil edən qrup, ikinci yeri Böyük Britaniya
idmançıları, üçüncü yeri isə İsraildən olan kişilər qrupu tutub

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Teqlər: