Bakıda keçirilən DÇ-də kişilər arasında ikili mini-batut üzrə finalçılar məlum olub

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı çərçivəsində kişilər arasında ikili mini-batut üzrə finalçılar məlum olub.

AzerTimes-ın məlumatına görə, finala Rusiya (232.200 bal), ABŞ (224.600 bal), İspaniya (220.600 bal), Böyük Britaniya (217.300 bal) və Portuqaliya (212.800 bal) komandaları vəsiqə qazanıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək.


4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Teqlər: