Bakıda keçirilən DÇ-də kişi və qadın komandaları arasında batut üzərində fərdi tullanışlar üzrə finalçılar məlum olub

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı çərçivəsində kişi və qadın komandaları arasında batut üzərində fərdi tullanışlar üzrə finalçılar məlum olub.

AzerTimes-ın məlumatına görə, kişi komandaları arasında finala Belarus (335.700 bal), Yaponiya (328.290 bal), Rusiya (326.845 bal), Böyük Britaniya (322.080 bal) və İspaniya (320.845 bal) komandaları çıxıb.

Qadın komandaları arasında isə finala Çin (310.650 bal), Yaponiya (309.150 bal), Rusiya (308.055 bal), Kanada (302.720 bal) və Fransa (293.880 bal) komandaları vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Teqlər: