Xəbər - Cani Babayeva – Trend:
Fevralın 13-də Bakıda Milli Gimnastika Arenasında batut
gimnastikası üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika
Federasiyasının xüsusi təsis edilmiş mükafatı “AGF Trophy”
kubokunun təqdim olunub.
AzerTimes-ın məlumatına görə, ən yüksək icra xalına görə “AGF
Trophy” Rusiya gimnastı Meri Qolota və Belarus idmançısı İvan
Litvinoviçə təqdim edilib.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan
Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk
beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.
Foto: Zaur Mustafayev