Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında dostluq ab-havası hökm sürür – britaniyalı gimnastlar

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları
Yarışlarında dostluq ab-havası hökm sürür.

Bunu AzerTimes-a yarışların iştirakçıları, 13-19 yaş kateqoriyasında
qadın cütlüyünün tərkibində çıxış edən Böyük Britaniya təmsilçiləri
Xloya Hopkins və Polli Meqqs deyiblər.

“Yarışa hazırlıq yaxşı keçdi və biz yaxşı nəticə göstərə bildik.
Ümumiyyətlə, Britaniya komandası bu yarışlarda yaxşı
əhval-ruhiyyədədir, hər bir iştirakçı yüksək nəticə göstərməyə
çalışır. Güclü komandamız var, məşqçilər heyəti bizi dəstəkləyir və
istiqamətləndirir. Düzgün icra olunmuş proqram bizi gələcəkdə daha
böyük uğurlara nail olmaq üçün irəliləməyə, daha çox məşq etməyə
sövq edir”, – deyə idmançılar bildiriblər.

X.Hopkins və P.Meqqs vurğulayıblar ki, Bakıda yarışlar yüksək
səviyyədə təşkil olunub:

“Heç bir detallara yayınmadan yarışa hazırlaşmağımız üçün burada
hər cür şərait yaradılıb. Proqram aydın şəkildə tərtib edilir,
tamaşalar dəqiq təyin olunmuş vaxtda keçirilir. Təşkilat
möhtəşəmdir”.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Teqlər: