![Bakıda kanalizasiya quyusuna düşən şəxsin meyiti çıxarıldı Bakıda kanalizasiya quyusuna düşən şəxsin meyiti çıxarıldı](https://azertimes.az/wp-content/uploads/bakida-kanalizasiya-quyusuna-dusen-sexsin-meyiti-cixarildi-300x188.jpg)
![](https://azertimes.az/wp-content/uploads/bakida-kanalizasiya-quyusuna-dusen-sexsin-meyiti-cixarildi.jpg)
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda kanalizasiya quyusuna düşən 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Nazirlikdən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.