Bakıda “Kalaşnikov” markalı avtomat və 30 ədəd patron satmaq
istəyən şəxs saxlanlılıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bakı
Şəhər Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis
Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında
Sabunçu rayonu Ramana qəsəbəsində həyata keçirdikləri tədbir
nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan
şəxs saxlanılıb.
İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasovda silah
olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa
zamanda saxlanılıb və onun əlindəki idman çantasına baxış zamanı 1
ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar
edilərək götürülüb. Aqil Abbasov odlu silah-sursatı bir müddət
əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə
gizlətdiyini bildirib.
Faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin
İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.