Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu ərazisində (ən yaxın
sularda xilasetmə məntəqəsindən təqribən 50 m aralı, nəzarətsiz
ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə
məlumat daxil olub.
Bunu Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN)
mətbuat xidmətindən bildiriblər.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin
çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə
təhvil verilib.