Bakıda İmperatorun doğum günü qeyd olundu

Bakıda İmperatorun doğum günü qeyd olundu

Fevralın 21-də Bakıda Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub.

AzerTimes xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya Azərbaycanın COP29-a ev sahibliyi qərarının bu yeni eranın başlanğıcı kimi böyük əhəmiyyət kəsb etdiyini bildirib.

O, yaşıl cəmiyyətin yaradılmasının yaxın illərdə təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün mühüm çağırış olduğunu diqqətə çatdırıb.

Yaponiya ilə Azərbaycan arasında möhkəm dostluğun əhəmiyyətindən bəhs edən V.Katsuya ölkələr arasında əlaqələrin inkişafına müxtəlif beynəlxalq səviyyəli tədbirlərin də töhfə verdiyini deyib. Onun sözlərinə görə, bu əvəzsiz münasibətlərin əsası Prezident İlham Əliyev tərəfindən qoyulub. Səfir bildirib ki, İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 illiyini qeyd etdiyi bir vaxtda onun yenidən böyük dəstəklə seçilməsi Azərbaycan üçün yeni eranın başlanğıcını göstərir.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov isə Azərbaycan-Yaponiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasın Yaponiyada keçirilməsi ilə bağlı müvafiq işlərin görüldüyünü vurğulayıb. O deyib ki, bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının davamıdır.

Teqlər: