Bakıda ikimərtəbəli binada yanğın baş verdi

Bakıda ikimərtəbəli binada yanğın baş verdi

Bakıda ikimərtəbəli binada yanğın olub.

AzerTimes-ın xəbərinə görə, yanğın Xətai rayonu, İ.Orucova küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə qeydə alınıb.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.

Əlavə məlumat veriləcək.

Teqlər: