Bakıda iki maşın toqquşdu: ölən var

Bakıda iki maşın toqquşdu: ölən var

Bakıda avtomobillər toqquşub, ölən var.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə avqustun 25-də saat 11 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Anar Qənbər oğlu Səlimovun idarə etdiyi “Nissan” markalı avtomobillə həmin istiqamətdə hərəkətdə olan zaman geriyə dönmə manevri edən Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Əli oğlu Manafovun idarə etdiyi “Zaparojeç” markalı avtomobili toqquşub.

Nəticədə Muradlı Manafov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq aldığı xəsarətlərdən həmin xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Teqlər: