Bakıda idman zalında qətl törədən şəxsin cinayət işi istintaqa qaytarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda idman zalında qətl
törətməkdə təqsirləndirilən Əli Abbasovun cinayət işi üzrə məhkəmə
məhkəmə araşdırması davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən, qətlə yetirilən Bəxtiyar Nəsibovun
qardaşı Vüsal Nəsibov hadisənin şahidi olduğunu deyib.

Daha sonra zərərçəkmiş şəxsin vəkili işin istintaqa qaytarılması
ilə bağlı vəsatət qaldırıb.

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxs Bəxtiyar Nəsibovu
tək öldürməyib, cinayətdə başqa adamların da iştirakı olub.

Vəkil Əli Abbasovun Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.2
(xuliqanlıq niyyəti ilə adam öldürmə) madələri ilə ittiham edilməli
olduğunu deyib.

Məhkəmə müdafiəçinin qaldırdığı vəsatəti təmin edib. Cinayət işi
yenidən araşdırılması üçün istintaqa qaytarılıb.

Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu
ərazisində qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini
Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən
idman zalında məşq edərkən həmin zalda idman edən 1999-cu il
təvəllüdlü Bəxtiyar Nəsibov ilə bir-birilərinə baxmaq səbəbindən
aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığına qısa
müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid
bədən xəsarətləri yetirdikdən sonra o, qisas almaq niyyəti ilə
Bəxtiyar Nəsibovu üzərində gəzdirdiyi bıçaq ilə sonuncunun döş
qəfəsinin sol yan nahiyəsindən xəsarətlər yetirərək qəsdən
öldürüb.

Əli Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: