Bakıda İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

Bakı Milli Gimnastika Arenasında Kişi və Qadın İdman
Gimnastikası üzrə FIG Dünya Kubokunun qaliblərinin mükafatlandırma
mərasimi keçirilib.

Trend-in
məlumatına görə, bu gün kişilər arasında üç, qadınlar arasında iki
növdə qalib və mükafatçılar müəyyən edilib.

Kişilər arasında sərbəst hərəkətlərdə Artyom Dolqopyat (İsrail)
qızıl, Milad Kərimi (Qazaxıstan) gümüş, İmon Montqomeri (İrlandiya)
bürünc medal qazanıb.

Paralel qollarda İlya Kovtun (Ukrayna) qızıl, Ferhat Arıcan
(Türkiyə) gümüş, Co Freyzer (Böyük Britaniya) bürünc medal
qazanıb.

Halqa ilə hərəkətlərdə Salvatore Mareska (İtaliya) qızıl,
İbrahim Çolak (Türkiyə) gümüş, Nikita Simonov (Azərbaycan) bürünc
medal qazanıb.

Qadınlar arasında dayaqlı tullanmada Oksana Çusovitina
(Özbəkistan) qızıl, Çenge Mariya Baçkai (Macarıstan) gümüş, Teya
Belak (Sloveniya) bürünc medala sahib olub.

Müxtəlif hündürlüklü qollarda Lorett Şarpi (Fransa) qızıl, Naomi
Visser (Niderland) gümüş, Vera van Pol (Niderland) bürünc medal
qazanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: