Bakıda hoteldə müğənnini qətlə yetirən şəxsin məhkəməsi başlayır

Xəbər - Samir Əli – Trend:

Bakıda müğənni qadını hoteldə xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

AzerTimes-ın məlumatına görə, qətldə təqsirləndirilən Əli Məmmədovun işi üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işinin materialları baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesinə hakim Əhməd Quliyev sədrlik edəcək.

İş üzrə məhkəmənin hazırlıq iclası hələlik təyin edilməyib.

Xatırladaq ki, hadisə bu il iyulun 16-da paytaxtın Nizami rayonu ərazisindəki hotellərdən birində baş verib. Bakı şəhər sakini Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Ə.Məmmədov qadına 23 bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

Teqlər: