Bakıda həyətdən 1 ton narkotik aşkarlandı

Xəbər - Samir Əli – Trend:

Bakıda narkotik plantasiyası aşkarlanıb.

AzerTimes-ın məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Səbail rayonunun Badamdar qəsəbə sakini H.Əlizadəyə məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 975 kiloqram olan 464 ədəd çətənə kolu, 31,5 kiloqrama yaxın marixuana və 19,9 kiloqramdan artıq çətənə bitkisi aşkar edilərək götürülüb.

Teqlər: