Bakıda hava dəyişməyə başladı (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Paytaxtda səhər saatlarından etibarən günəşli olan hava artıq dəyişməyə başlayıb.

AzerTimes-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd olunduğu kimi, 23 fevral tarixində axşama doğru hava şəraiti dəyişir.

Məlumatda bildirilmişdi ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Teqlər: