Bakıda güclü külək: Nazirlik xəbərdarlıq etdi

Bakıda güclü külək: Nazirlik xəbərdarlıq etdi

Ölkə ərazisində hava şəraitinin sərtləşəcəyi, xüsusən güclü külək əsəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında şimal küləyinin, rayonlarda qərb küləyinin güclü olması ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova AzerTimes-a bildirib ki, bu səbəbdən daha ehtiyatlı davranmaq tövsiyə olunur:

“Hava məlumatlarını diqqətlə izləyin, gün ərzində küləyin güclənəcəyi proqnozunu unutmayın. Bir daha xatırladırıq ki, uşaqları nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın. Tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmamaq məsləhətdir. Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir!”

Teqlər: