Bakıda göy üzü belə işıqlandırılır – Foto

Bakıda göy üzü belə işıqlandırılır – Foto

Bakıda yolun kənarında quraşdırılmış işıq dirəkləri təəccübə səbəb olub.

AzerTimes xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Yasamal rayonu ərazisində, “İnşaatçılar” metrosu yaxınlığında çəkilmiş görüntüləri paylaşan istifadəçi qeyd edib ki, 13 nömrəli məktəbin yolunu işıqlandırmaq üçün qoyulmuş dörd ədəd işıq dirəyindən ikisində fanarlar yerə doğru deyil, üzüyuxarı, səmaya doğru quraşdırılıb.

Bu isə ətrafı işıqlandırmamaqla bərabər boşuna elektrik enerjisi israfıdır.

Teqlər: