Bakıda gecə klubunda partlayışda xəsarət alan Gülbala Abdullayev
vəfat edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri
Zamirə Ədilova bildirib.
Onun sözlərinə görə, Səbail rayonu ərazisində yerləşən obyektdə
baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in
tabeli tibb müəssisələrində müalicə alan yoxdur.
Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl
Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə
köçürülüb.
Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində
dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq
qiymətləndirilirdi.
Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış
nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14
avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.